İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
چکیده
İnsan həyatında baş verən hadisələrin bir-birindən ayrı olmasını, hər bir şeyin özünəməxsus bir sahəsinin olmasını və həyatın hər bir hissəsinin xüsusi bir sahəyə məxsus olmasını düşünənlər, islamın özünəməxsus iqtisadiyyatı olması məsələsi açıqlanarkən təəccüblənir, bəzən də bunu inkar edirlər. Çünki onların düşüncəsinə görə, islam və iqtisadiyyat ayrı-ayrı şeylərdir. İslamın bir din olaraq özünəməxsus sahəsi var. Qarşınızdakı məqalə, Ustad Mürtəza Mütəhhərinin İslam iqtisadiyyatı haqqında olan fikirləridir. Sözsüz ki, Ustad Mütəhhərinin iqtisadi qeydləri, yalnız bu məqalədə yazılanlarla bitmir. Usatdın iqtisadi yazıları, yalnız bir məqalə, ya bir kitabla bitmir. Ustadın yazılarının bir hissəsi sələm və bank məsələsi kitabı adı ilə çap olub və qalanları digər adlarla çapdan çıxıbdır.