İslam Araşdırmaları Fakültəsi, İslam Araşdırmaları Universiteti, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
چکیده
İslamın fundamental hədəfləri və mesajları göstərir ki, bu müqəddəs dinin təlimləri, insan haqqlarının rəvac tapmasında böyük rolu oynayıb və oynayır. Çünki İslamda insan haqqları, vəhyani mənşəyə malikdir. Belə ki, Allah dininin qanunvericilik olmasında hədəf tövhidin rəvac tapması, insanların haqqa tərəf hidayəti, insan haqqlarının müdafiəsi və zülmkar tağutlarla mübarizədir. Tarixi baxışla, İslam dininin zühur etməsi zaman baxımından avropanın birlik halında, təsirə malik və dəyişikliklər etməyə qadir olduğu bir vaxta təsadüf etmişdir. Buna baxmayaraq, o dönəmdə bütövlükdə Avropanın, Asiyanın və Afrikanın əksər hissəsinin zülmət içərisində çabalayır, mədəniyyət, sivilizasiya, və insan haqqları baxımından qənaətbəxş vəziyyətdə deyildilər